Livanda 45-ci cəhddən sonra prezident seçiləcək

Livanda 45-ci cəhddən sonra prezident seçiləcək Yeni prezidentin 83 yaşlı general, siyasi-hərbi xadim olacağı gözlənilir
Digər ölkələr
26 Oktyabr , 2016 16:26
Livanda 45-ci cəhddən sonra prezident seçiləcək

Bakı. 26 oktyabr. REPORT.AZ/ Mişel Aun Livanın gələcək prezidenti olacaq.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, oktyabrın 31-də Livan parlamentinin iclasında onun prezident seçiləcəyi gözlənilir.

Məlumata görə, Mişel Naim Aun Livan siyasətinin veteranlarındandır. O, Livandakı "Hizbullah" qruplaşmasının müttəfiqlərindən sayılır. Aunu qərbyönümlü "14 mart koalisiyası"sının lideri, qətlə yetirlən baş nazir Rafik Həririnin oğlu, Saad əl-Həriri də dəstəkləyir.

Xəbərdə bildirilib ki, ötən gün Mişel Naim Aun maronitlərin baş keşişi Bşarla da görüşərək onların da dəstəyini alıb.

Qeyd edək ki, 2014-cü il mayın sonundan Livan prezidentsiz qalıb. Həmin tarixdə Mişel Süleymanın prezident səlahiyyəti başa çatıb. İndiydək yeni prezidentin seçilməsi üçün 45 dəfə cəhd edilib, ancaq onların hamısı uğursuzluqla nəticələnib.

Xatırladaq ki, Mişel Naim Aun 1935-ci ildə Livanın paytaxtı Beyrutun cənubunda yerləşən Xaret-Xrayk rayonunda doğulub. General Aun Livanın hərbi və siyasi xadimlərindəndir. Qatı dindar ailədə anadan olan katolik-maronitdir. 

Son xəbərlər

Orphus sistemi