​Livanda 7 nəfər terror aktının qurbanı olub

​Livanda 7 nəfər terror aktının qurbanı olub Terror aktı nəticəsində 20 nəfər yaralanıb
Digər ölkələr
10 Yanvar , 2015 23:59
​Livanda 7 nəfər terror aktının qurbanı olub
Bakı. 10 yanvar. REPORT.AZ/ Livanın şimalında yerləşən Tripoli şəhərində ələvilərin yaşadığı məhəllənin kafesində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə Livanın xüsusi xidmət orqanları məlumat yayıb.

Terror aktı nəticəsində 20 nəfər yaralanıb. KİV-in məlumatına görə, kafedə kamikadze özünü partladıb.

Son xəbərlər

Orphus sistemi