Livan beynəlxalq ictimaiyyətdən yardım istəyib

Livan beynəlxalq ictimaiyyətdən yardım istəyib “Livanın Beyrutdakı partlayışın nəticələrinin öhdəsindən gəlmək üçün kifayət qədər maliyyə imkanı yoxdur”
Digər ölkələr
679
6 Avqust , 2020 13:41
Livan beynəlxalq ictimaiyyətdən yardım istəyib
0 : 00
0 : 00

“Livanın Beyrutda baş vermiş partlayışın nəticələrinin aradan qaldırılması üçün kifayət qədər maliyyə imkanı yoxdur”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Livanın İqtisadiyyat və Ticarət naziri Raul Nehme “Sky News Arabia” telekanalına açıqlamasında deyib.

O, partlayışın vurduğu zərərin milyardlarla dollar qiymətləndirildiyini vurğulayaraq, beynəlxalq ictimaiyyətdən yardım istəyib.

“Livan üçün yeganə həll yolu Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq etməkdir”, - o bildirib.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, genişmiqyaslı yenidənqurma və tikinti işlərinin başlaması da Livanın bütün iqtisadiyyatının dirçəlməsini təmin edə bilməz.

“The Wall Street Journal” qəzetinin yazdığına görə, bu, Livan iqtisadiyyatının idxala, o cümlədən tikinti materiallarının idxalına yönəlməsi, həmçinin partlayışın idxala xidmət edən əsas infrastruktur obyektini məhv etməsi ilə əlaqədardır.

Orphus sistemi