Litvanın 34 yaşlı səhiyyə naziri vəfat edib

Litvanın 34 yaşlı səhiyyə naziri vəfat edib O, oktyabrın 9-da keçirilən parlament seçkisində partiya siyahısı ilə deputat seçilib
Digər ölkələr
16 Oktyabr , 2016 14:25
Litvanın 34 yaşlı səhiyyə naziri vəfat edib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Litvanın 34 yaşlı səhiyyə naziri Yuras Pojela mədaəaltı vəzin iti iltihabı xəstəliyindən (pankreatit) vəfat edib.

"Report" TASSa istinadən xəbər verir ki, bu haqda Litav parlamenti sədrinin müavini Alqirdas Sisas bildirib.

İnformasiyaya görə, o, mədəaltı vəzin iltihabı diaqnozu ilə cari ilin avqustunda xəstəxanaya yerləşdirilib.

Məlumata görə, xəstə olmasına baxmayaraq, bu ilin oktyabrın 9-da keçirilən parlament seçkisində partiya siyahısı ilə deputat seçilib.

Qeyd edək ki, Yuras Pojela Litva Sosail –demokrat Partiyasının üzvü olub. 

Son xəbərlər

Orphus sistemi