Litvada əcnəbilərin qəbul mərkəzindən 20-dən çox miqrant qaçıb
Digər ölkələr
- 27 sentyabr, 2021
- 01:38
Litvanın Yonava bölgəsindəki Rukla şəhərində 20-dən çox qanunsuz miqrant əcnəbilərin qəbul mərkəzindən qaçıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Litva Daxili İşlər Nazirliyi yanında asayiş xidmətinin rəisi Riçardas Poçyus deyib.
Onun sözlərinə görə, qəbul mərkəzində saxlanılan miqrantların siyahısı yoxlanılan zaman 21 nəfərin olmadığı müəyyən edilib. Aparılan axtarışlardan sonra 7 miqrant aşkar edilərək mərkəzə gətirilib, digər 13 nəfərin axtarışları isə davam edir.
Litvadakı qanunsuz miqrantlar sığınacaq alana qədər ölkə daxilində sərbəst hərəkət etmək hüququna malik deyillər. Rukla şəhərində yerləşən mərkəzdə Belarus vasitəsilə Baltikyanı respublikaya daxil olan Afrika və Asiya ölkələrindən gələn qanunsuz mühacirlər saxlanılır.
Son xəbərlər
14:32
Nazir: Makron Fransa üçün daha mühüm məsələlərlə məşğul olmalıdır
Digər ölkələr14:32
Monqolustanın Azərbaycandakı qeyri-rezident səfiri səlahiyyət müddətinin başa çatması münasibətilə Bakıya səfər edəcək
Xarici siyasət14:24
Antonio Koşta: Əlavə tariflərin tətbiqi Aİ-ABŞ münasibətlərini zəiflədəcək
Digər14:22
Azər Məmmədov Mingəçevirdə vətəndaşları qəbul edəcək
Energetika14:21
İspaniya klubu Ter Şteqeni icarəyə götürdüyünü açıqlayıb
Futbol14:13
Foto
İlk köç karvanı Xankəndi şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
Daxili siyasət14:06
"Liverpul" İngiltərə millisinin futbolçusunu heyətinə qatmaq istəyir
Futbol14:06
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə ödəniş məbləğləri dəyişə bilər
Maliyyə14:01