Litvada Rusiyanın xeyrinə casusluq edən iki nəfərə həbs cəzası verilib

Litvada Rusiyanın xeyrinə casusluq edən iki nəfərə həbs cəzası verilib Onlardan biri 2012-ci ildə Rusiya kəşfiyyatı tərəfindən ələ alınıb
Digər ölkələr
28 Fevral , 2017 15:32
Litvada Rusiyanın xeyrinə casusluq edən iki nəfərə həbs cəzası verilib

Bakı. 28 fevral. REPORT.AZ/ Litvada iki nəfər Rusiyanın xeyrinə casusluq etməkdə ittiham olunub.

“Report” “dw”yə istinadən xəbər verir ki, onlardan biri Litva ordusu və NATO-nun hava polisi haqqında hər məlumata görə 500-1000 avro alıb.

Məlumata görə, Litva ordusunun keçmiş zabiti Sergey Pusin 5 il, Rusiya vətəndaşı Sergey Moiseyenko isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. O casusluqla yanaşı, qanunsuz olaraq döyüş sursatı, partlayıcı və döyüş qumbarası saxlamağa görə də ittiham olunub.

Xəbərdə bildirilib ki, S.Pusin 2012-ci ildə Rusiya kəşfiyyatı tərəfindən ələ alınıb. 2014-cü ilədək Litva Silahlı Qüvvələri və NATO-nun Baltik ölkələrinin hava məkanındakı patrul xidməti barədə məlumat ötürüb. S.Moiseyenko isə onu casusluq üçün lazım olan avadanlıqla təmin edib və hər informasiya üçün 500-1000 avro verib. 

Son xəbərlər

Orphus sistemi