Litva Ukraynaya 1,8 milyon avroluq silah və humanitar yardım göndərəcək

Digər ölkələr
  • 24 fevral, 2022
  • 00:00
Litva Ukraynaya 1,8 milyon avroluq silah və humanitar yardım göndərəcək

Litva tərəfindən Ukraynaya silah-sursat və humanitar yardım paketi göndəriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qərarı Baltikyanı respublikanın hökuməti qəbul edib.

"Hökumətin və Daxili İşlər Nazirliyi sisteminə daxil olan strukturların ehtiyatından iki yardım paketi - ümumi dəyəri 1,8 milyon avrodan çox olan silah və mülki müdafiə texnikası formalaşdırılıb", - məlumatda deyilir.

O cümlədən 1,5 milyon avro dəyərində müxtəlif silahlar Kiyevə veriləcək, 260 min avro dəyərində olan mülki paketə isə yanğınsöndürmə və xilasetmə əməliyyatları üçün xüsusi avadanlıq daxildir.

44 filmi