Bakı. 7 dekabr. REPORT.AZ/ Kerç boğazındakı məlum hadisə ilə bağlı Litva Rusiyaya qarşı sanksiya tətbiq edib.
“Report” Rt-ə istinadən xəbər verir ki, bu barədə Prezident Dalia Qribauskaite ukraynalı həmkarı Petro Poroşenko ilə görüşü zamanı bildirib.
“Kerç boğazında Ukrayna dənizçilərinə hücuma görə məsuliyyət daşıyanlara qarşı milli sanksiyalarımızı tətbiq etmişik”, - deyən dövlət başçısı həmin şəxslərin Litvada iqtisadi və başqa fəaliyyət göstərə bilməyəcəklərini diqqətə çatdırıb.
Litva Prezidenti həmçinin
Xatırladaq ki, noyabrın 25-də Azov dənizinin Kerç boğazında Ukraynanın üç gəmisi Rusiya hərbi gəmiləri tərəfindən atəşə tutulub, sonra da saxlanılıb.