Liberiyada torpaq sürüşməsi nəticəsində 45 şaxtaçı öldü

Liberiyada torpaq sürüşməsi nəticəsində 45 şaxtaçı öldü Liberiyanın şimal-qərbindəki Massakpa və Bamqoma şəhərlərində baş verən torpaq sürüşmələri nəticəsində azı 45 şaxtaçı ölüb.
Digər ölkələr
5 May , 2020 16:58
Liberiyada torpaq sürüşməsi nəticəsində 45 şaxtaçı öldü

Liberiyanın şimal-qərbindəki Massakpa və Bamqoma şəhərlərində baş verən torpaq sürüşmələri nəticəsində azı 45 şaxtaçı ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.

Xilasetmə əməliyyatında iştirak edən mənbənin sözlərinə görə, xilasedicilər iki şaxtadan 45 nəfərin cəsədini çıxarıb.

O əlavə edib ki, şaxtaçılar Liberiyanın Qrand Keyp Maunt qraflığındakı qızılla zəngin şəhərlərdə qanunsuz mədən işləri ilə məşğul olublar.

Son xəbərlər

Orphus sistemi