Yuxarı

Liberiyada silahlı qrup Ebola virusuna yoluxmuş insanlar üçün karantin mərkəzinə hücum edib

Mərkəzdə olan bütün xəstələr qaçıblar

Bakı. 18 avqust. REPORT.AZ/ Liberiyanın paytaxtı Monroviyada silahlı qrup Ebola virusuna yoluxmuş insanlar üçün karantin mərkəzinə hücum edib. Report-un AFP-yə istinadən verdiyi xəbərə görə, mərkəzdə olan bütün xəstələr qaçıb.

Hadisə şahidlərinin sözlərinə görə, avqustun 16-dan 17-nə keçən gecə silahlı şəxslər karantin mərkəzinin darvazasını qırıb və müəssisənin ərazisini darmadağın ediblər. Mərkəzdən 29 xəstə qaçıb.

Xəstələr 1,3 mln. əhalisi olan şəhərdədilər.

Liberiyada Ebola qızdırmasından 413 nəfər ölüb, xəstəlik artıq 116 nəfərdə müəyyən olunub. 

Ümumdünya Səhiyyə Təşkilatının avqustun 15-nə olan məlumatlarına görə, dörd Afrika ölkəsi - Nigeriya, Syerra-Leone, Liberiya və Qvineyada virus qurbanlarının sayı 1145 nəfərə çatıb, yoluxanların sayı isə 2127 nəfər təşkil edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi