Bakı. 21 mart. REPORT.AZ/ Liberiyanın səhiyyə orqanları son bir neçə həftə ərzində ilk dəfə olaraq öldürücü Ebola virusuna yoluxma halı qeydə alıblar.
“Report” xəbər verir ki, bu barədə cümə günü ölkə paytaxtı Monroviyada yerləşən “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının nümayəndəsi Adolfus Mavolo məlumat verib.
"Bu belədir. İlk müsbət test Liberya Səhiyyə Nazirliyinin rəhbərliyi altında olan xəstəxanada “Sərhədsiz həkimlər” tərəfindən aparılıb", — deyə Mavolo qeyd edib.