Yuxarı

​Le Pen: Qətər və Səudiyyə Ərəbistanı terrorçuluğu maliyyələşdirir

Fransa bu dövlətlərlə münasibətlərinə yenidən baxmalıdır

Bakı. 2 may. REPORT.AZ/ "Fransa terrorçuluğu maliyyələşdirən Qətər və Səudiyyə Ərəbistanı ilə münasibətlərinə yenidən baxmalıdır".

"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri Parisin Opera meydanında Fransanın Milli qəhrəmanı Janna d'Arkın xatirəsinə həsr olunmuş mitinqdə çıxışı zamanı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen deyib.

"Əvəzində isə, fundamentalçılıqla mübarizə aparan Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Misir kimi dövlətlərlə əlaqələr möhkəmləndirilməlidir", - deyə partiya lideri bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi