Lavrov və Kerri danışıqların davamlılığına görə yeni rekord müəyyən edib

Lavrov və Kerri danışıqların davamlılığına görə yeni rekord müəyyən edib Onların Cenevrədəki görüşü artıq 13 saatdır ki davam edir
Digər ölkələr
10 Sentyabr , 2016 01:13
Lavrov və Kerri danışıqların davamlılığına görə yeni rekord müəyyən edib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Suriya ilə bağlı görüşün davamlılığına görə rekord vurublar.

"Report" xəbər verir ki, onların Cenevrədə keçirilən görüşü artıq 13 saatdır ki, davam edir.

Bu müddət ərzində nazir və dövlət katibi bir neçə dəfə fasiləyə ayrılıb, həmçinin BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə ikitərəfli görüşlər keçiriblər.

Onların arasında əvvəlki rekord cari ilin iyul ayında Moskvada qeydə alınmışdı. Həmin zaman görüş 12 saat davam etmişdi.

Son xəbərlər

Orphus sistemi