"Report" Radio "Svoboda"ya istinadən xəbər verir ki, bu barədə Kraslavski diyarının duma sədri Qunars Upenieksə istinadən "Diena" qəzeti yazıb.
"Fəallar camaatın evinə gəlir, bukletlər paylayır və Latqaliyanın Rusiyaya birləşmə imkanlarından danışırlar. İnformasiya dumaya tez gəlib çatır, lakin bizim bu hərəkatı dayandıracaq imkanımız yoxdur", – deyə qəzet onun sözlərini sitat gətirir.
Qunars Upenieks Radio "Svoboda"ya müsahibəsi zamanı bildirib ki, sentyabr ayında Avropa Parlamentinin deputatı Tatyana Jdanokun rəhbərlik etdiyi "Latviyanın rus ittifaqı" partiyasının seçkiqabağı təşviqat fürsətindən yararlanaraq Latqalın Dauqavpils şəhərində materiallar paylayıb. Materiallardan isə belə başa düşülürdü ki, vilayəti Krımın aqibəti gözləyir.
Bu, Latviyada yeganə partiyadır ki, Krımın Rusiyaya birləşdirilməsini qanuni hesab edir.