Latviya Seymi Baş nazirin "qızıl viza"larla bağlı təklifini qəbul etməyib
Digər ölkələr
- 12 iyun, 2026
- 13:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Latviya Seymi Baş nazir Andris Kulberqsin və iqtisadiyyat naziri Viktor Valaynisin "qızıl viza"ların və ya müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı təkliflərini dəstəkləməyib.
"Report" xəbər verir ki, bu barədə LSM portalı məlumat yayıb.
29 deputat təklifin lehinə, 41 deputat əleyhinə səs verib, daha 16 deputat bitərəf qalıb.
Qanunun hazırlanması zamanı ovaxtkı deputat, indiki Baş nazir Kulberqs işçi sayı 50 nəfərdən, illik dövriyyəsi və ya illik balansı isə 10 milyon avrodan çox olmayan müəssisəyə 50 min avro investisiya qoymaq şərti ilə dövlət büdcəsinə 10 min avro məbləğində ödəniş müqabilində beş il müddətinə yaşayış icazəsinin verilməsini təklif etmişdi.
Son xəbərlər
09:10
UEFA Millətlər Liqası: Almaniya millisi evdə Niderlandla qarşılaşacaq
Futbol
09:09
FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb
Hadisə
09:00
Estoniya mümkün müharibə və işğal dövründə rəqəmsal plan hazırlayır
Digər ölkələr
09:00
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Andorra ilə üz-üzə gələcək
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.11.2026)
Maliyyə
08:51
Foto
Video
Dövlət sərhədini pozmağa cəhd edən "paratrike" uçuş aparatı zərərsizləşdirilib
Hərbi
08:32
Meksikada "Qvadalaxara" kartelinin qurucusu vəfat edib
Digər ölkələr
08:18
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur
08:12
Bakıda qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Hadisə