KXDR-in atdığı ballistik raket Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb

KXDR-in atdığı ballistik raket Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb Bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa mətbuat konfransında xəbər verib
Digər ölkələr
4 İyul , 2017 06:05
KXDR-in atdığı ballistik raket Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb
Foto: "RİA Novosti"

Bakı. 4 iyul. REPORT.AZ/ Şimali Koreyanın buraxdığı Pxyonan-Pukto vilayətindən buraxdığı raket Yaponiyanın xüsusi iqtisadi zonasının ərazisinə düşüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa keçirdiyi mətbuat konfransında məlumat yayıb.

"Çərşənbə axşamı Koreya Xalq Demokratik Respublikası 09:39-da ballistik raket buraxıb. Uçuş 40 dəqiqə davam edib. Raket Yaponiyanın Yapon dənizindəki xüsusi iqtisadi zonasına düşüb. Bu saata qədər Yaponiyanın hava və dəniz gəmilərinə hər hansı ziyanın vurulması barədə məlumat yoxdur" – deyə Suqa bildirib.

Son xəbərlər

Orphus sistemi