Yuxarı
    Bağlamaq

    KXDR Hava Hücumundan Müdafiə sisteminin yeni raketini nümayiş etdirib - VİDEO

    Yer-hava yeni raketi pilotsuz uçuş aparatı və ya düşmənin raketini məhv etməyə yönəlib

    Bakı. 28 may. REPORT.AZ/ KXDR-in dövlət televiziyası Hava Hücumundan Müdafiə sisteminin yeni raketini nümayiş etdirib.

    "Report" xəbər verir ki, Koreyanın Mərkəzi teleqraf agentliyi (ÇTAK) düşmənin pilotsuz təyyarələrinin və raketlərinin ələ keçirilməsi istiqamətində yeni "yer-hava" raketlərinin test buraxılışı haqqında məlumat verib.

    Sınaqlarda ölkə lideri Kim Çen In da iştirak edib. O, gördüklərindən razı qalıb və silahların yeni növünün seriyalı istehsalına başlamağı əmr edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi