KXDR: Cənubi Koreyaya “Apache”lərin tədarükləri hərbi balansı pozub

KXDR: Cənubi Koreyaya “Apache”lərin tədarükləri hərbi balansı pozub Cənubi Koreyaya Amerikanın “AH-64E Apache” helikopterlərinin tədarükü planları regional gərginliyi artırır və Koreya yarımadasında hərbi balansı poza bilər.
Digər ölkələr
23 Avqust , 2024 08:26
KXDR: Cənubi Koreyaya “Apache”lərin tədarükləri hərbi balansı pozub

Cənubi Koreyaya Amerikanın “AH-64E Apache” helikopterlərinin tədarükü planları regional gərginliyi artırır və Koreya yarımadasında hərbi balansı poza bilər.

"Report"un Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən məlumatına görə, bunu KXDR Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Departamentinin Xarici informasiya şöbəsinin rəhbəri deyib.

"ABŞ və Koreya Respublikası arasında irimiqyaslı birgə hərbi təlimlərin başlaması səbəbindən Koreya yarımadasında hərbi-siyasi gərginliyin kəskinləşdiyi şəraitdə, Vaşinqtonda Seula zərbə silahlarının satıldığını elan etdilər. Bu, regionda təhlükəsizlik sahəsində qeyri-sabitliyi qəsdən qızışdıran düşüncəsiz təxribat xarakterli hərəkətdir", - diplomat bildirib.

Xatırladaq ki, avqustun 19-da ABŞ Dövlət Departamentinin Cənubi Koreyaya 3,5 milyard dollara 36 ədəd “AH-64E Apache” hücum helikopterinin satışını təsdiqlədiyi məlum olub.

Son xəbərlər

Orphus sistemi