KXDR ballistik raket üçün hidrogen bombası yaratdığını bildirib

KXDR ballistik raket üçün hidrogen bombası yaratdığını bildirib KXDR lideri Kim Çen In hazırlığa şəxsən baxıb
Digər ölkələr
3 Sentyabr , 2017 03:17
KXDR ballistik raket üçün hidrogen bombası yaratdığını bildirib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) qitələrarası ballistik raket üçün döyüş başlığı kimi qurulmuş hidrogen bombasının yaradıldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə "Renxap" KXDR-in agentliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, KXDR lideri Kim Çen In hazırlığa şəxsən baxıb. Şimali Koreya agentliyi iddia edir ki, Koreya Xalq Demokratik Respublikası ölkədə silahlanmanın inkişafında "əlamətdar addım" olan daha təkmil nüvə silahını hazırlamağı bacarıb.

Həmçinin Koreya Xalq Demokratik Respublikasında əlavə ediblər ki, yeni silahı fəaliyyətdə daha böyük hündürlüyə çıxarmaq çıxarmaq olar.

Daha əvvəl bildirilib ki, Cənubi Koreya ABŞ-ın nüvə silahının yerləşdirilməsinə imtina edib.

Son xəbərlər

Orphus sistemi