Yuxarı
    Bağlamaq

    KXDR 2018-ci ilədək qitələrarası ballistik raket hazırlamağa çalışır

    Bu barədə KXDR-in Böyük Britaniyaya qaçmış diplomatı Txe Yon Xo bildirib

    Bakı. 8 yanvar. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (KXDR) 2018-ci ilə qədər qitələrarası ballistik raketi hazırlamağa çalışır.

    "Report" xəbər verir ki, bu barədə KXDR-in 2016-cı ildə Böyük Britaniyaya qaçmış diplomatı Txe Yon Xo "Ryonxap" agentliyinə bildirib.

    "Şimali Koreya ABŞ və Koreya Respublikasındakı seçkilərdən istifadə edərək, 2017-ci ilin sonu - 2018-ci ilin əvvəlinə qədər qitələratası raketlərin yaradılmasını başa çatdırmağı və ABŞ-a zərbə vurmağı qarşısına məqsəd qoyub" – deyə agentlik Koreya Xalq Demokratik Respublikasının Londondakı səfirliyinin keçmiş müşavir-diplomatının fikirlərindən sitat gətirib.

    Eyni zamanda, yanvarın 1-də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In da xalqa Yeni il müraciətində ölkəsinin qitələrarası ballistik raketlərin yaradılmasında sonuncu mərhələyə nail olduğunu açıq elan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi