Yuxarı

Küveyt İrandakı səfirini geri çağırıb

Daha əvvəl Səudiyyə Ərəbistanı, Bəhreyn və Sudan İranla diplomatik əlaqələrin kəsildiyini elan edib

Bakı. 5 yanvar. REPORT.AZ/ İranda Səudiyyə Ərəbistanının diplomatik missiyasına hücumdan sonra Küveyt də İrandakı səfirini geri çağırıb. "Report" xəbər verir ki, bu barədə məlumatı "Associated Press" agentliyi yayıb.

Qeyd edək ki, Tehranda səfirliyinə hücumdan sonra rəsmi Ər-Riyad İranla diplomatik əlaqələrin kəsildiyini elan edib. Səudiyyə Ərəbistanının ardınca Bəhreyn və Sudan da əlaqələri tamamilə kəsməyə qərar verib. Birləşmiş Ərəb Əmirlikləri isə İranla diplomatik münasibətləri müvəqqəti işlər vəkili səviyyəsinə qədər azaltdığını bəyan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi