Küveyt hökuməti İsraillə münasibətlərin normallaşmasına dair ABŞ prezidenti Donald Trampın açıqlamasını təkzib edib.
“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.
“Fələstin problemi ərəb və müsəlman dünyasının gündəlik məsələsidir. Problemin ədalətli və əhatəli həlli qərarı dedikdə müstəqil Fələstin dövlətinin yaradılması, işğalın dayandırılması və qaçqınların öz torpaqlarına qaytarılması nəzərdə tutulur”, - Küveyt hökumətindən bildirilib.
Açıqlamada həmçinin 1967-ci il iyunun 4-dəki sərhədlərə qayıtmadan, Şərqi Qüds paytaxt elan edilmədən, müstəqil Fələstin dövləti yaradılmadan ədalətli qərar qəbul edilə bilməyəcəyi vurğulanıb.
Qeyd edək ki, sentyabrın 19-da ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndən sonra Küveyt də İsraillə münasibətlərin normallaşmasına dair müqavilə imzalayacaq.