Kubada qəzaya uğramış "Boeing 737" təyyarəsinin "qara qutusu" tapılıb
Digər ölkələr
- 20 may, 2018
- 02:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 may. REPORT.AZ/ Kubada qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsinin "qara qutular"ından biri hadisə yerində tapılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Kuba televiziyasının efirində ölkənin nəqliyyat naziri Adel İskyerdo deyib.
"Biz "qara qutular"dan birini tapmışıq. O, yaxşı vəziyyətdədir. Yaxın saatlarda ikincini də tapacağımıza ümid edirik", - deyə nazir bildirib.
Qəzanın səbəbi hələ ki, məlum deyil. Kubanın Nəqliyyat Nazirliyi araşdırma üçün komissiya yaradıb.
Qəza nəticəsində təyyarədə heyət üzvləri ilə birgə 110 nəfər olub. Onlardan 108-i ölüb. Sağ qalanlar ağır vəziyyətdədirlər.
Son xəbərlər
05:16
Tramp Lindsi Qrem qanununa əsasən Rusiyaya qarşı sanksiya tətbiq etməyib
Digər ölkələr
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:18
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb
Region
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr