Kubada "İrma" qasırğası səbəbindən 700 min insan təxliyyə edilib

Kubada "İrma" qasırğası səbəbindən 700 min insan təxliyyə edilib İnsanlar təxliyyə mərkəzləri və xüsusi sığınacaqlara köçürülürlər
Digər ölkələr
8 Sentyabr , 2017 22:39
Kubada İrma qasırğası səbəbindən 700 min insan təxliyyə edilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ Kubada azı 700 min yerli sakin "İrma" qasırğasının üz verə biləcəyi şərq rayonlarından təxliyyə edilib.

"Report" xəbər verir ki, bu barədə cümə günü Kuba mətbuatı yazıb.

KİV-in məlumatına görə, insanlar qohumlarının evlərinə, 45 təxliyyə mərkəzinə və 39 xüsusi sığınacağa köçürülür.

Hazırda adanın şərqində yerləşən bəzi sahilyanı rayonları su altında qoyan leysan yağışları yağır. Yağışlar güclü külək ilə müşayiət olunur.

Son xəbərlər

Orphus sistemi