Bakı. 30 mart. REPORT.AZ/ "Rusiya tərəfdaşlarıyla qarşılıqlı əlaqələrin azlığına görə Nüvə Təhlükəsizliyi Sammitində iştirakdan imtina edib".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Nüvə təhlükəsizliyi məsələsi çox aktualdır. Bununla belə, rəsmi Moskva nüvə təhlükəsizliyi ilə bağlı məsələlərin öyrənilməsinin ümumi və birgə səylər, eləcə də qarşılıqlı maraqların və mövqelərin nəzərə alınmasını tələb etdiyini düşünür", - deyə D.Peskov bildirib.
Qeyd edək ki, IV Nüvə Təhlükəsizliyi Sammiti 31 mart - 1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək. Daha əvvəl sammitlər Vaşinqton, Seul və Haaqada keçirilib.
Sammitdə iştirak etmək üçün dəvət alanlar sırasında Azərbaycan Prezidenti İlham Əliyev də var.