Kosta-Rika sahillərində 6,8 maqnituda gücündə zəlzələ olub

Kosta-Rika sahillərində 6,8 maqnituda gücündə zəlzələ olub Sunami təhlükəsi yoxdur
Digər ölkələr
13 Noyabr , 2017 06:58
Kosta-Rika sahillərində 6,8 maqnituda gücündə zəlzələ olub

Bakı. 13 noyabr. REPORT.AZ/ İran, İraq və Yaponiyanın ardından Kosta-Rika sahillərində də güclü zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların gücü 6,8 maqnituda olub. Zəlzələ Parrita kantonundan (inzibati ərazi vahidi) 16 km cənub-qərbdə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat, həmçinin sunami təhlükəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi