Bakı. 26 fevral. REPORT.AZ/ Qismən tanınmış Kosovo respublikasının parlamenti ölkənin hazırkı xarici işlər naziri Haşim Taçini prezident seçib.
"Report" xəbər verir ki, bu barədə cümə günü "Kossev" informasiya portalı məlumat yayıb.
Haşim Taçi birinci dövrədə 80 səs lazım olduğu halda, 50 parlamentarinin səsini toplaya bilib. İkinci dövrədə səs sayı 64-ə çatıb. Üçüncü dövrədə isə o lazım olan 71 səsi toplamağa müvəffəq olub.