Çində koronavirusa yoluxanların ümumi sayı artaraq 37,1 min nəfərə çatıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, yeni penvmaniyadan ölənlərin sayı 811 nəfərə çatıb.
Məlumata görə, gün ərzində virusa yoluxanların sayı 2,6 min nəfərə, ölənlərin sayı 89 nəfərə çatıb. Virusa yoluxanlardan 2,6 min nəfəri sağalaraq xəstəxsanalardan evə buraxılıb.
Xəstələrdən 6 188 nəfərinin vəziyyəti ağırdır.
***03:14
Çində koronavirusdan ölənlərin ümumi sayı 803 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Agency France Presse" məlumat yayıb.
***02:34
Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı 780 nəfərə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Regional Səhiyyə Komitəsi məlumat yayıb.
Məlumata görə, virusa yoluxanların sayı 27,1 min nəfərə çatıb. Daha 1,4 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Qeyd edilir ki, Uxanda sutka ərzində virusa 1379 yeni yolxuma hadisəsi baş verib. Vilayət üzrə xəstələrin ümumi sayı 2147 nəfərdir.
Çinin hakimiyyət orqanları 2019-cu ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Uxan şəhərində naməlum pnevmaniya barədə məlumat veriblər. Mütəxəssislər yeni xəstəliyin 2019-nCoV koronavirusu tərəfindən törədildiyini müəyyənləşdiriblər.
ÜST xəstəliyin yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib.