Koronavirusdan ölənlərin sayı artır - YENİLƏNİB-2
- 05 fevral, 2020
- 23:40
Çində koronavirusdan ölənlərin sayı 563 nəfərə çatıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, ölkədə virusa yoluxanların sayı 28 018 nəfərə çatıb. Virusa yoluxanlardan 1153 nəfəri sağalaraq xəstəxanalardan evə buraxılıb.
Qeyd edək ki, Çin hakimiyyəti ötən ilin 31 dekabrında Ümumdünya Səhiyyə Təşkilatını Uxan şəhərində naməlum pnevmaniyanın qeydə alınması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin 2019-nCoV koronavirusu tərəfindən yayıldığını müəyyənləşdiriblər.
Bu günə kimi Çindən kənarda 190-dan çox insan bu xəstəliyə yoluxub, 1 nəfər ölüb. Ümumdünya Səhiyyə Təşkilatı yeni virusla bağlı beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan edib.
***02:52
Çində koronavirusdan ölənlərin sayı 562 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Vani” portalı məlumat yayıb.
Məlumata görə, virusa yoluxanların sayı 27,4 min nəfəri ötüb.
Qeyd edək ki, çərşənbə günü virusa yoluxanların sayı 24,3 min nəfər idi.
***02:30
Çinin Xubey əyalətində koronavirusdan ölənlərin sayı 549 nəfərə çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Regional Səhiyyə Komitəsi məlumat yayıb.
Komitə bildirib ki, yeni virusa yoluxanların sayı 19 665 nəfərə çatıb. Virus yoluxmuş 633 nəfər sağalıb.
Son gün ərzində Çində koronavirusa 2987 yeni yoluxma hadisəsi qeydə alınıb. Onlardan 1766-ı Uxandadır. Əyalətdə virusdan 70 ölüm hadisəsi baş verib, daha 113 nəfər xəstəxanadan evə buraxılıb.