Koronavirusa yoluxan BMT əməkdaşlarının sayı 900-ü ötdü

Digər ölkələr
  • 12 iyun, 2020
  • 21:44
Koronavirusa yoluxan BMT əməkdaşlarının sayı 900-ü ötdü

Bütün dünyada BMT əməkdaşları arasında koronavirusa ümumilikdə 953 nəfər yoluxub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik keçirdiyi brifinqdə bildirib.

“Dünənə olan məlumata görə, BMT-də ümumilikdə 953 idi (COVID-19-a yoluxanların qeydə alınan sayı - red)", - Dyujarrik deyib.

Onun sözlərinə görə, virusa yoluxanların əhəmiyyətli sayı Malidə sabitləşmə üzrə çoxsahəli kompleks missiyasının əməkdaşları arasında aşkarlanıb. Burada təşkilatın 187 sülhməramlısında COVID-19 aşkarlanıb, onlardan 2-si ölüb. Eyni zamanda təşkilatın təhlükəli virusa yoluxmuş 45 əməkdaşı sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Bütün Xəbər Lenti