Çin hökuməti koronavirus infeksiyasının yayılması ilə əlaqədar bu il martin 24-27-də Haynan adasındakı Boao şəhərində keçirilməsi planlaşdırılan Asiya İqtisadi Forumunu (AİF) təxirə salmağa qərar verib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Boao Forumu həm də “Şərqi Davos” adlandırılır. Bu, bir çox ölkələrin biznes və hökumət dairələri nümayəndələri arasında mövqelərin uyğunlaşdırılması, mühüm sazişlərin imzalanması üzrə nəhəng platformadır. Çin hökuməti 2001-ci ildən bəri keçirilən AİF-yə xüsusi diqqət yetirir, çünki belə mexanizm Pekinin beynəlxalq əlaqələrini gücləndirməyə və Çinin qlobal aləmdəki rolunu gücləndirməyə kömək edir.
AİF Təşkilat Komitəsi hələlik tədbirin təxirə salınması və onun nə vaxt keçiriləcəyi ilə bağlı açıqlama verməyib.