Konqresdə Trampa qarşı impiçment proseduruna başlanılıb

Konqresdə Trampa qarşı impiçment proseduruna başlanılıb ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment proseduruna başlayıb.
Digər ölkələr
25 Sentyabr , 2019 02:11
Konqresdə Trampa qarşı impiçment proseduruna başlanılıb

ABŞ Nümayəndələr Palatası prezident Donald Trampa qarşı impiçment proseduruna başlayıb.

“Report”un məlumatına görə, bunu Nümayəndələr Palatasının spikeri Nensi Pelosi açıqlayıb. O, vurğulayıb ki, Amerika prezidenti də daxil olmaqla heç kim qanundan üstün ola bilməz.

Qeyd olunub ki, bundan əvvəl ABŞ tarixində impiçment proseduru cəmi üç dəfə həyata keçirilib.

İmpiçment qaydalarına görə, prosedur federal işçilərin, o cümlədən ABŞ prezidentini “dövlətə xəyanət, rüşvət və ya digər ağır cinayət və qanun pozuntularında” ittiham edərək mühakimə edilməsini və vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi