Konqonun 600-dən çox sakini "Ebola" virusundan ölüb
Digər ölkələr
- 18 mart, 2019
- 22:06
Ötən ilin iyulundan Konqo Demokratik Respublikasında "Ebola" virusuna yoluxmuş 600-dən çox insan ölüb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
"2019-cu ilin 18 martına, bazar ertəsinə olan vəziyyət: ümumilikdə 960 xəstəliyə yoluxma faktı, həmçinin təsdiq edilmiş 895 və ehtimal edilən 65 fakt. 603 nəfər ölüb, 314 nəfər sağalıb", - deyə nazirliyin "Twitter"də yayılmış xəbərində bildirilir.
Hazırkı "Ebola" virusu Konqoda artıq 10-cu epidemiyadır. Avqustda ölkədə 89 mindən çox insan peyvənd olunub.
Daha əvvəl bildirilirdi ki, Konqo Demokratik Respublikasında hemorajik qızdırma ilə müşahidə olunan ölümcül təhlükəli "Ebola"virusuna yoluxma hallarının sayı 658-ə çatıb.
Son xəbərlər
23:32
Rusiyanın Kiyevə hücumu nəticəsində bir azərbaycanlı ölüb, daha bir neçə nəfər yaralanıb
Digər ölkələr23:25
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi23:17
Azərbaycan millisi çimərlik güləşi üzrə Dünya Seriyasında birinci olub
Fərdi23:08
Foto
Video
İmişli Şəkər Zavodunda yanğın olub
Hadisə22:57
Serbiya Prezidenti 49 nəfəri əfv ediyini bildirib
Digər ölkələr22:46
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri 5-ci və 16-cı yeri tutublar
Fərdi22:37
Foto
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Hadisə22:13
Serbiya Prezidenti vəzifəsindən istefa verib
Digər ölkələr22:10