Konqoda silahlı hücum zamanı azı 46 nəfər öldürülüb

Konqoda silahlı hücum zamanı azı 46 nəfər öldürülüb Konqo Demokratik Respublikasınıb şimal-şərqində silahlıların hücumu nəticəsində azı 46 nəfər həlak olub.
Digər ölkələr
15 Yanvar , 2021 04:52
Konqoda silahlı hücum zamanı azı 46 nəfər öldürülüb

Konqo Demokratik Respublikasının şimal-şərqində silahlıların hücumu nəticəsində azı 46 nəfər həlak olub.

Bu barədə “Report” yerli “Actualite.CD”yə istinadən xəbər verir.

Qeyd edilir ki, hücumun qurbanları İturi əyalətində yaşayan piqmeylər olub. Hücumun radikal “Demokratik Qüvvələr İttifaqı” (ADF) qruplaşmasının silahlıları tərəfindən həyata keçirildiyi güman edilir.

Əyalətin daxili işlər naziri Adio Qidi ölənlərin sayının arta biləcəyini xəbər verib.

Son xəbərlər

Orphus sistemi