Yuxarı
    Bağlamaq

    Konqoda BMT-nin iki əməkdaşı qətlə yetirilib

    Biz BMT-nin iki tədqiqatçısının cəsədini aşkar etmişik - deyə hökumətdən bildirilib© Courtesy İmage

    Bakı. 28 mart. REPORT.AZ/ Konqo Demokratik Respublikasında qətlə yetirilmiş üç insanın cəsədi tapılıb.

    "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

    Məlumatda bildirilir ki, onlardan ikisinin BMT əməkdaşları olduğu müəyyənləşdirilib.

    "İndi dəqiq söyləmək olar: - biz BMT-nin iki tədqiqatçısının cəsədini aşkar etmişik. Onlarla birlikdə qəbirdəki üçüncü cəsədin konqolu tərcüməçiyə məxsus olduğunu aydınlaşdırdıq" – deyə hökumətdən bildirilib.

    Qeyd edək ki, bir neçə gün əvvəl - martın ortalarında Konqoda BMT əməkdaşlarının öldürüldüyü xəbər verilmişdi. Onlar ABŞ və İsveç vətəndaşlarıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi