Konqoda 40 nəfər sürüşmənin qurbanı olub

Konqoda 40 nəfər sürüşmənin qurbanı olub Ölənlər təbii hadisənin ciddi zərər vurduğu Tora yaşayış məntəqəsinin sakinləridir
Digər ölkələr
18 Avqust , 2017 06:05
Konqoda 40 nəfər sürüşmənin qurbanı olub

Bakı. 18 avqust. REPORT.AZ/ Konqo Demokratik Respublikasının şimal-şərqində baş vermiş sürüşmə zamanı 40 nəfər həlak olub.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, təbii hadisə Albert gölünün qərb sahilində, balıqçı kəndində baş verib.

İturi vilayətinin yerli hakimiyyət orqanının nümayəndəsi Cozef Ndianın sözlərinə görə, sürüşmə leysan yağışlar nəticəsində meydana gəlib. Ölənlər təbii hadisənin ciddi zərər vurduğu Tora yaşayış məntəqəsinin sakinləridir.

Hadisə yerinə yerli hakimiyyət orqanları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gedib. Təbii hadisə qurbanlarının sayının artacağı ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi