Konqoda imtahan binasına hücum olub, ölənlər var

Konqoda imtahan binasına hücum olub, ölənlər var Konqo Demokratik Respublikasının şərqində, Şimali Kivu əyalətinin Katanqa qəsəbəsində bir ibtidai məktəbə ötən gün hücum edən naməlum şəxslər həmin vaxt buraxılış imtahanı verən uşaqlardan azı beşini qətlə yetiriblər.
Digər ölkələr
510
28 Avqust , 2020 20:30
Konqoda imtahan binasına hücum olub, ölənlər var

Konqo Demokratik Respublikasının şərqində, Şimali Kivu əyalətinin Katanqa qəsəbəsində bir ibtidai məktəbə ötən gün hücum edən naməlum şəxslər həmin vaxt buraxılış imtahanı verən uşaqlardan azı beşini qətlə yetiriblər.

“Report” “Aktuality”ə istinadən xəbər verir ki, bu barədə əyalət hökumətinin təhsil naziri Priska Kəmala bildirib.

Hərbçilərin gəldiyindən xəbər tutan terrorçuların müəllimləri və bəzi uşaqları qaçırdıqları da qeyd olunur.

Qeyd edək ki, sözügedən bölgədə ADF (Müttəfiq Demokratik Qüvvələr) adlı silahlı birləşmə fəaliyyət göstərərək mülki əhalini hədəf alır. BMT-nin məlumatına görə, son ilyarım ərzində bölgədə azı 793 nəfər öldürülüb.

Son xəbərlər

Orphus sistemi