​Komorovski: Polşa prezidentinin Ukraynada müharibə fonunda Qələbə paradını izləməsi mümkünsüzdür

​Komorovski: Polşa prezidentinin Ukraynada müharibə fonunda Qələbə paradını izləməsi mümkünsüzdür Polşa prezidenti mərasimdə iştirak etməyəcəyini təsdiqləyib
Digər ölkələr
17 Mart , 2015 04:45
​Komorovski: Polşa prezidentinin Ukraynada müharibə fonunda Qələbə paradını izləməsi mümkünsüzdür

Bakı. 17 mart. REPORT.AZ/ Polşa prezidenti Bronislav Komorovski Moskvada Böyük Vətən müharibəsində qazanılan qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək təntənəli mərasimə qatılmayacaq.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident özü bəyan edib.

"Polşa prezidentinin Ukraynada davam edən müharibə şəraiti ilə bağlı yaranmış vəziyyətdə Qələbə paradını müşahidə edərək bayram mərasimində iştirak etməsi mümkünsüzdür", - deyə Komorovski bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov öz növbəsində qeyd edib ki, bəzi Avropa ölkələri başçılarının bayram mərasimində olmaması şənliyin ruhuna və miqyasına heç bir təsir etməyəcək.

Son xəbərlər

Orphus sistemi