"Kommunizm cinayətləri" üzrə məhkəmənin yaradılması ideyası 7 ölkə tərəfindən dəstəklənib

"Kommunizm cinayətləri" üzrə məhkəmənin yaradılması ideyası 7 ölkə tərəfindən dəstəklənib Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan və Gürcüstan Estoniyanın təşəbbüsünü dəstəkləyib
Digər ölkələr
23 Avqust , 2015 19:24
Kommunizm cinayətləri üzrə məhkəmənin yaradılması ideyası 7 ölkə tərəfindən dəstəklənib

Bakı. 23 avqust. REPORT.AZ/ Yeddi ölkə rəsmiləri "kommunizm cinayətləri" üzrə beynəlxalq məhkəmənin yaradılmasına dair təşəbbüsü dəstəkləyib.

"Report"un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Tallində keçirilən beynəlxalq konfrans zamanı Estoniya ədliyyə naziri Urmas Reynsalunun gündəmə gətirdiyi bu təşəbbüsə Latviya, Litva, Polşa, Çexiya, Slovakiya, Macarıstan və Gürcüstandan dəstək gəlib.

İdeyanın reallaşması üçün xüsusi ekspert qrupunun yaradılması da qərara alınıb.

Son xəbərlər

Orphus sistemi