Kolumbiyada torpaq sürüşməsi qurbanlarının sayı 14 nəfərə çatıb, onlarla yaralı var

Digər ölkələr
  • 08 fevral, 2022
  • 20:55
Kolumbiyada torpaq sürüşməsi qurbanlarının sayı 14 nəfərə çatıb, onlarla yaralı var

Kolumbiyanın qərbində yerləşən Doskebradas şəhərində torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb, 29 nəfər yaralanıb.

"Report" "EL Tiempo"ya istinadən xəbər verir ki, bu barədə qonşu Pereyra şəhərinin meri Karlos Maya məlumat verib.

"Təəssüf ki, artıq 14 ölü, 29 yaralı var və 1 nəfər itkin düşüb", - o deyib.

Doskebradas və Pereyra yanğınsöndürənləri hadisə yerində işlərini davam etdirirlər. "Təhlükəsizlik məqsədilə yaxınlıqdakı 15 ailəni təxliyə etmək qərarına gəldik", - Maya əlavə edib.

Fevralın 8-i səhər saatlarında güclü yağışdan sonra şəhərdə sürüşmə baş verib. Bir neçə evə torpaq dolub.

22:41

Kolumbiyanın qərbində yerləşən Pereyra şəhərində güclü yağışdan sonra torpaq sürüşməsi qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Milli Risklərin İdarə Edilməsi məlumat yayıb.

Təbii fəlakət nəticəsində 7 nəfər ölüb, 29 nəfər yaralanıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Yerli KİV-in məlumatına görə, daha iki nəfər itkin düşüb.

Kolumbiyada torpaq sürüşməsi qurbanlarının sayı 14 nəfərə çatıb, onlarla yaralı var