Bakı. 10 iyun. REPORT.AZ/ Kolumbiyada sürüşmə nəticəsində ən azı 5 nəfər ölüb və 30 nəfər itkin düşmüş hesab olunur.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Qırmızı Xaç məlumat yayıb.
Meksikanın "Televisa" kanalının məlumatına görə, faciə cümə axşamı Kibdo və Medelyin şəhərləri arasındakı yolda baş verib. Əvvəlcə yolda böyük uçqun yaranıb və ağır texnika onu aradan qaldırmağa çalışıb, lakin sonradan sürüşmə baş verib.
İtkin düşənlər, əsasən davam etmək üçün yol işlərinin bitməsini öz maşınlarında gözləyənlər olub. Hazırda hadisə yerində xilasedicilər işləyir. Onlar insanları dağıntılar altından çıxartmağa çalışırlar.