Kolumbiyada son iki ildə 45 nəfər estetik əməliyyatdan sonra dünyasını dəyişib

Digər ölkələr
  • 08 mart, 2017
  • 06:55
Kolumbiyada son iki ildə 45 nəfər estetik əməliyyatdan sonra dünyasını dəyişib

Bakı. 8 mart. REPORT.AZ/ Kolumbiyada son iki ildə 45 nəfər estetik əməliyyatdan sonra dünyasını dəyişib. 

“Report”un "Anadolu"ya istinadən verdiyi məlumata görə, 2015-ci ildən keçən ilin sonuna qədər 43 kolumbiyalı estetik əməliyyatların qurbanı olub.

Tədqiqatçılar 2015-ci ildə 11-i qadın olmaqla 13 nəfərin öldüyünü, bu rəqəmin 2016-ci ildə isə 24-ü qadın olmaqla ümumilikdə 30 nəfərə çatdığını bildiriblər.

Xəbərdə estetik əməliyyatların qurbanlarının böyük əksəriyyətini qadınların təşkil etdiyi qeyd olunub. Eyni zamanda, ölənlərin çoxu da 40-49 yaşlarında olan qadınlardır. Ümumilikdə isə son iki ildə ölkədə estetik cərrahiyyə əməliyyatından sonra 45 nəfərin öldüyü bildirilib.

44 filmi