Kolumbiyada iki silahlı hücum olub, ölənlər və yaralananlar var

Kolumbiyada iki silahlı hücum olub, ölənlər və yaralananlar var Kolumbiyanın şimalındakı Antiokiya departamentinin El-Baqre bələdiyyəsinə naməlum şəxslərin hücumu nəticəsində azı iki polis ölüb, bir polis əməkdaşı yaralanıb.
Digər ölkələr
21 Yanvar , 2022 03:39
Kolumbiyada iki silahlı hücum olub, ölənlər və yaralananlar var

Kolumbiyanın şimalındakı Antiokiya departamentinin El-Baqre bələdiyyəsinə naməlum şəxslərin hücumu nəticəsində azı iki polis ölüb, bir polis əməkdaşı yaralanıb.

"Report" xəbər verir ki, bu barədə “El Espectador” qəzeti məlumat yayıb.

Məlumata görə, naməlum şəxslər partlayıcı qurğuların köməyi ilə patrul əməkdaşlarına hücum ediblər. Ehtimal olunur ki, cinayətin arxasında “Gulf Clan” cinayətkar dəstəsinin üzvləri dayanır. Polis bildirib ki, hücum bu həftənin əvvəlində təşkilatın üç üzvünün həbsinə cavab ola bilər.

Bundan əlavə, ölkənin şimal-şərqindəki Saravena şəhərində bomba yüklü avtomobilin partlaması nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Səlahiyyətlilər hücumda Kolumbiyanın ləğv edilmiş İnqilabçı Silahlı Qüvvələrinin keçmiş üzvlərinin iştirak etdiyini güman edir.

Son xəbərlər

Orphus sistemi