Kolumbiyada koronavirusa görə fövqəladə vəziyyət elan olundu

Digər ölkələr
  • 18 mart, 2020
  • 03:56
Kolumbiyada koronavirusa görə fövqəladə vəziyyət elan olundu

Kolumbiya hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq üçün ölkədə fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti İvan Duke xalqa müraciəti zamanı deyib.

Onun çıxışı "Twitter"də canlı yayımlanıb. 

“Biz, (konstitusiyanın) 215-ci maddəsinə uyğun olaraq, fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlmişik”, - Duke deyib. 

Kolumbiya lideri qeyd edib ki, virusa ən çox yaşlı insanlar həssas olurlar. “Cümə günündən, yəni martın 20-dən mayın 31-nə kimi, yaşı 70-dən çox olan bütün vətəndaşlar üçün məcburi təcrid rejimi tətbiq etməyi qərara aldıq”, - Duke bildirib.

Qeyd edək ki, ölkədə ilk koronavirusa yoluxma faktı martın 6-sı qeydə alınıb. Hazırda Kolumbiyada virus daşıyıcılarının ümumi sayı 75 nəfərdir.