Kolumbiyada hərbi hissədə partlayış zamanı bir neçə nəfər xəsarət alıb

Kolumbiyada hərbi hissədə partlayış zamanı bir neçə nəfər xəsarət alıb Kolumbiyanın şimal-şərqindəki hərbi hissəsinin ərazisində güclü partlayış olub.
Digər ölkələr
16 İyun , 2021 01:46
Kolumbiyada hərbi hissədə partlayış zamanı bir neçə nəfər xəsarət alıb

Kolumbiyanın şimal-şərqindəki hərbi hissəsinin ərazisində güclü partlayış olub.

“Report” xəbər verir ki, bu barədə “Blu Radio” bildirib.

Məlumata görə, hərbçilər arasında yaralılar var.

"Kukutedə 30-cu ordu briqadasının daxilində güclü partlayışın olduğu bildirilir. Bir neçə hərbçi yaralanması ehtimal edilir", - mətbu orqan qeyd edib.

İlkin məlumatlara görə, hadisə zamanı beş nəfər xəsarət alıb.

Hərbi qarnizona təcili yardım maşınları gəlib.

Son xəbərlər

Orphus sistemi