Kolumbiyada gecə klubunda baş vermiş partlayışda yaralananların sayı 40-a çatıb

Digər ölkələr
  • 29 dekabr, 2017
  • 17:20
Kolumbiyada gecə klubunda baş vermiş partlayışda yaralananların sayı 40-a çatıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Kolumbiyada gecə klubunda baş vermiş partlayışda yaralananların sayı 40-a çatıb.

"Report" xəbər verir ki, bu barədə "Caracol" məlumat yayıb.

Məlumata görə, hadisə Kaukasiya şəhərində, Antiokiya departamentində qeydə alınıb. Xəsarət alanlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın bir kişi və qadın tərəfindən törədildiyi bildirilir. Qeyd edilir ki, hadisənin arxasında "Körfəz klanı" dayanır.

İlk xəbərdə hadisə zamanı 30 nəfərin xəsarət aldığı bildirilirdi.