Koloradoda dağlarda çürümüş meyitlər tapılıb

Koloradoda dağlarda çürümüş meyitlər tapılıb ABŞ-nin Kolorado ştatının rəhbərliyi Qayalı Dağlarda ucqar bir düşərgədə üç nəfərin çürümüş cəsədlərinin tapıldığını, onların 2022-ci ilin sonundan bəri orada qala bilmiş olduğunu açıqlayıb.
Digər ölkələr
16 İyul , 2023 09:14
Koloradoda dağlarda çürümüş meyitlər tapılıb

ABŞ-nin Kolorado ştatının rəhbərliyi Qayalı Dağlarda ucqar bir düşərgədə üç nəfərin çürümüş cəsədlərinin tapıldığını, onların 2022-ci ilin sonundan bəri orada qala bilmiş olduğunu açıqlayıb.

“Report” CBS-ə istinadən xəbər verir ki, turist cəsədlərdən birini iyulun 9-da axşam saatlarında tapıb və bu barədə yerli orqanlara məlumat verib, onlar daha sonra düşərgəyə gəldikdə daha iki meyit aşkar ediblər.

Qannison dairəsinin şerifi Adam Mördinin sözlərinə görə, cəsədlərdən ikisi kiçik fermuarlı çadırda, digəri isə çöldə turistlərin adətən getmədiyi ucqar meşəlik ərazidə yerləşən düşərgədə olub.

O vurğulayıb ki, müstəntiqlər hadisə yerində mümkün zorakılıq cinayətini göstərə biləcək heç nə tapmayıblar. İlkin məlumatlara görə, onlar qışda donaraq ölə və ya aclıq və donvurma nəticəsində ölə bilərlər.

Şerifin departamenti vəziyyətə aydınlıq gətirə biləcək itkin düşmüş şəxslərin hesabatlarını axtarır. Ölənlərin kimliyi hələlik açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi