“Gürcüstan hakimiyyətinin öz suverenliyini müdafiə etməsi Qərb ölkələrinin nüfuzlu adamlarının xoşuna gəlmir”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Ölkəmizin suverenliyinə, müstəqilliyinə, milli kimliyinə, dəyərlərinə xüsusi münasibətimiz var. Qərbdə bəzi nüfuzlu qüvvələr var ki, onlar son nəticədə obyektiv ədalətsizlik hissini doğuran konkret qərarlara belə təsir göstərirlər” – deyə o bildirib.
Aİ ilə ABŞ-nin Gürcüstanla münasibətləri parlamentin may ayında “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul etməsindən sonra xeyli pisləşməyə başlayıb. Avropa İttifaqı dəfələrlə Gürcüstan hakimiyyətini bu qanundan imtina etməyə çağırıb, lakin hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının liderləri ardıcıl olaraq israr ediblər ki, qanunun məqsədi Gürcüstanda fəaliyyət göstərən QHT-lərin maliyyə axınının şəffaflığını təmin etməkdir.
Belə ki, bəzi QHT-lər ölkədə inqilab etməyə çalışırdılar. İrakli Kobaxidze dəfələrlə Qərb tərəfdaşlarını bu qanunu müzakirə etməyə çağırıb.