Koalisiyanın Suriyaya endirdiyi aviazərbələr nəticəsində 24 nəfər ölüb

Koalisiyanın Suriyaya endirdiyi aviazərbələr nəticəsində 24 nəfər ölüb Bombardımana Zahret-əl-Allüni yaşayış məntəqəsinın ətrafı məruz qalıb
Digər ölkələr
28 Fevral , 2018 07:42
Koalisiyanın Suriyaya endirdiyi aviazərbələr nəticəsində 24 nəfər ölüb

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyaya endirdiyi növbəti hava zərbələri nəticəsində azı 24 dinc sakin həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli SANA informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, aviazərbələr Deyr-əz-Zor şəhərindən şərqdə yerləşən Zahret-əl-Allüni yaşayış məntəqəsi yaxınlığına köçürülmüş bir qrup şəxsin olduğu əraziyə endirilib.

Həmçinin çoxlu sayda yaralının olduğu qeyd edilir. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi