Yuxarı

​Koalisiya qüvvələri Yəmənin keçmiş Prezidentinin iqamətgahına aviazərbələr endirib

İqamətgahın yerləşdiyi ərazidə üç güclü partlayış səsi eşidilib və qatı tüstü müşahidə olunub

Bakı. 10 may. REPORT.AZ/ Koalisiya qüvvələrinin endirdiyi aviazərbələrin budəfəki hədəfi Yəmənin paytaxtı Sanada yerləşən ölkənin keçmiş Prezidenti Əli Abdullah Salehin iqamətgahı olub. Bu barədə "Report" "Reuters" agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, iqamətgahın yerləşdiyi ərazidə üç güclü partlayış səsi eşidilib və qatı tüstü müşahidə olunub.

Bir qədər əvvəl BMT-də Yəmənin bombardman edilməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi